Ana Sayfa > Siyasət > Rauf Şahbazov: Ermənilərin Qarabağda törətdikləri ultranasionalizmin və ultraşovinzimin ən ağır forması olan “ermənizm”dir
Rauf Şahbazov: Ermənilərin Qarabağda törətdikləri ultranasionalizmin və ultraşovinzimin ən ağır forması olan “ermənizm”dir18-08-2021, 15:05. Yazar: sevinc1 |
![]() Bu gün Şuşadayıq. Hamı kimi mən də çox sevincliyəm. Bu hislərimi sözlə ifadə etmək çox çətindir. Son 30 ildə bizim hamımızın ən böyük arzusu Qarabağı qaytarmaq və həmin torpaqlara, Şuşaya getmək olub. Əvvəllər Şuşada, Cıdır düzündə olmağı, bu yerlərin havasını almağı ancaq arzu edə bilərdik. Bu gün isə illərlə həsrətində olduğumuz arzularımız, xəyallarımız gerçək olub. Bu möhtəşəm qələbəni bizə Müzəffər Ali Baş komandanımız və rəşadətli Azərbaycan Ordusu yaşadıb. Şuşanı, onun coğrafi mövqeyini, Azərbaycan əsgərlərinin dırmandığı sıldırım qayaları gördükdə Qələbəmizin möhtəşəmliyinə heyrətlənməmək olmur. Şuşanın belə bir qəhrəmanlaqla azad edilməsi doğrudan da elmi, hərbi, tarixi, eləcə də bədii əsərlərin mövzusudur. Bu fikirləri ABŞ-ın Apsteyt Tibb Universitetinin görkəmli transplantoloq-cərrahı, ABŞ-da yaşayan azərbaycanlı Rauf Şahbazov deyib. “Bununla belə bu gün yolboyu xarabalığa çevrilmiş kəndləri, viranə qalmış yurd yerlərini, təhqir olunmuş məzarlıqları da gördük. Sözsüz ki, Qarabağdakı, Şuşa şəhərindəki tikililəri belə bir vəziyyətdə görmək həm də çox ağırdır. Çünki, şəhəri 30 il işğalda saxlayan düşmən burada nəinki heç bir tikinti aparmayıb, əksinə Azərbaycan xalqına məxsus bütün tarixi, maddi-mədəni irsi məhv edib. Onlar Şuşadakı dini abidələri təhqir ediblər, bulaqları qurudublar, ağacları kəsiblər. Dünya çox vəhşiliklərin şahidi olub. Biz bu vəhşilikləri ya tarix kitablarında oxumuşuq, ya da şahidi olmuşuq. Amma 21-ci əsrdə yaşamaq, özünü dünyaya “sivil” xalq kimi təqdim etməyə çalışmaq, nəhayət özünə aid olmayan hər bir şeyi məhv etmək istəyi, bu artıq, bəlkə də, nə vandallıq, nə də barbarlıqdır. Bu ultranasionalizmin, ultraşovinzimin ən ağır forması olan “ermənizm”dir. Bəlkə də vaxt gələcək ki, dünya “ermənizm” terminindən istifadə edəcək”, – deyə Rauf Şahbazov qeyd edib. “Amma bütün bunlara baxmayaraq biz dağıdılmış hər şeyi yenidən bərpa edəcəyik. Çünki, Azərbaycan xalqı qurucu xalqdır. İnanıram ki, biz tezliklə Qarabağı dirçəldəcəyik. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi yenidən regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Buraya xoşbəxt ailələrin, gənclərin sevinci, uşaqların şən səsləri, gülüşü qayıdacaqdır. Əvvəllər olduğu kimi Şuşada yenə də böyük ədiblər, elm, təhsil və mədəniyyət xadimlər, dahi sənətkarlar yetişəcək”, – deyə Azərbaycan diasporunun fəal üzvü arzularını ifadə edib. AİA.Az Geri dön |