Ana Sayfa > Siyasət > Ermənistan itkilərini AÇIQLADI: 114 ölü, 140 yaralı - RƏSMİ

Ermənistan itkilərini AÇIQLADI: 114 ölü, 140 yaralı - RƏSMİ


28-04-2016, 18:09. Yazar: admin
Ermənistan itkilərini AÇIQLADI: 114 ölü, 140 yaralı - RƏSMİ







Aprel ayının girməsi ilə cəbhədə vəziyyət gərginləşib. Ermənistan ordusu cəbhə boyu mövqelərimizi və yaşayış məntəqələrimizi intensiv atəşə tutub. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Ordusu cavab tədbirləri görüb. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

AIa.az moderator.az-a istinadən bildirir ki, Azərbaycan ordusu qısa müddətdə düşmənə sarsıdıcı zərbələr vurub.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, 2-5 aprel döyüşləri zamanı 95 erməni hərbçi ölüb, 125 nəfər yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin aprel ayı ərzində itkilərlə bağlı verdiyi rəsmi statistikanı təqdim edirik:

8 aprel. 1996-cı il təvəllüdlü əsgər Qevork Aşotoviç Mqdesyan və muzdlu, 1984-cü il təvəllüdlü Qraç Salveloviç Muradyan öldürülüb. Həmin gün Ermənistan ordusunun daha 1 hərbçisi ölüb, 6-sı isə yaralanıb.

11 aprel. Robert Abramyan başından ölümcül güllə yarası alıb və hadisə yerində ölüb.

12 aprel. Ermənistan ordusunun hərbi qulluqçusu Qarnik Hamletoviç Avetisyan ölüb.

13 aprel. Əsgər Sevay Xaçatryan cəbhədə güllə yarasından ölüb.

14 aprel. Armen Manveloviç Qriqoryan öldürülüb.

18 aprel. 1991-ci il təvəllüdlü Erik Matevosyan və 1996-cı il təvəllüdlü Azat Barsamyan yaralanıb.

19 aprel. 1996-cı il təvəllüdlü Qevork Gevorkyan öldürülüb.

21 aprel. Erməni hərbçiləri minaya düşüb. Bir erməni hərbçisi ölüb və bir neçə hərbçi isə yaralanıb. Həmçinin, Ermənistan ordusunun hərbi qulluqçusu 32 yaşlı Marat Danielyan cəbhədə aldığı güllə yarasından ölüb.

22 aprel. Ermənistan ordusunun əsgəri Spartak Kalaşyan və P.Yeqoryan yaralanıb.

24 aprel. Azərbaycan ordusu Ermənistanın döyüş tankını 3 nəfərlik heyətilə birgə məhv edib.

25 aprel. 1996-cı il təvəllüdlü Ayk Minasyan, bir gün sonra isə əsgər Ovannes Petrosyan öldürülüb.

26 aprel. 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan öldürülüb.

Qeyd edək ki, bu, yalnız rəsmi rəqəmlərdir. Erməni sosial şəbəkə istifadəçiləri isə Dördgünlük müharibədə 322 erməni əsgərin öldüyünü, 1000-ə yaxın hərbçinin yaralandığını, morqlarda ölülərə, xəstəxanalarda yaralılara yer tapılmadığını, yaralıların müalicəsi üçüın dərman çatışmadığını bildirmişdilər.

26-27 aprel toqquşmasında isə sosial şəbəkə istifadəçiləri 17 erməni əsgərin öldüyünü, 32 nəfərin isə yaralandığını açıqlayıb.

Beləliklə, qeyri-rəsmi olaraq ermənilərin 1-17 aprel tarixlərinə olan itkilərinin sayı 339 nəfərdir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın itkilərini öz xalqından gizlətdiyini dəfələrlə bəyan edib.

AIa.az
Geri dön