Ana Sayfa > Təhsil > Magistraturaya qəbul olanların nəzərinə: qeydiyyatdan keçməyənlər müvafiq siyahıdan xaric ediləcək

Magistraturaya qəbul olanların nəzərinə: qeydiyyatdan keçməyənlər müvafiq siyahıdan xaric ediləcək


16-08-2021, 14:13. Yazar: admen
Magistraturaya qəbul olanların nəzərinə: qeydiyyatdan keçməyənlər müvafiq siyahıdan xaric ediləcək

Avqustun 18-dən ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olunanların qeydiyyatına başlanılır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul olunan şəxslər avqustun 25-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.

AİA.Az
Geri dön