Ana Sayfa > Şou-biznes > "Hər gün bu ağrını keçirirəm" - Fəxrəddin Manafov
"Hər gün bu ağrını keçirirəm" - Fəxrəddin Manafov16-08-2021, 14:07. Yazar: admen |
"Mənim ən yaxınım böyük ağrı ilə deyirəm ki, dünyasını dəyişdi". AİA.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov "Asan Radio"nun qonağı olarkən deyib. Aktyor aparıcı Emin Musəvinin "Kimlə yaxın, dostluq münasibətiniz var" sualına belə cavab verib: "O, mənim yoldaşım Vahidə idi. Bu gün səhərlər gözümü açanda da, gecə yuxuda da, axşam yatmazdan öncə də o ağrını keçirirəm. Fikirləşirəm ki, qəribə bir ömür başladı məndə. Həyatda ən yaxınım anam-atama demədiyimi Vahidəyə deyirdim. Amma indi deyəcəyim bir kəsim yoxdur". Qeyd edək ki, Vahidə Sadıqova bu ilin martında vəfat edib. AİA.Az Geri dön |