Ana Sayfa > Cəmiyyət > Ölkəmizə 9200 ədəd qanunsuz gətirilən siqaret - Aşkar edildi

Ölkəmizə 9200 ədəd qanunsuz gətirilən siqaret - Aşkar edildi


28-04-2016, 16:28. Yazar: admin


“Samur” gömrük postunun gömrük nəzarəti zonasında 9200 ədəd siqaret aşkar edilib. Dövlət Gömrük Komitəsindən Verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Samur” gömrük postunun gömrük nəzarəti zonasında baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük hissəsinin sağ və sol iç üzlüklərinin arxasındakı boşluqlardan, ehtiyyat təkərin altından və salonun ön oturacağının arxa üzlüyünün içərisindən gömrük nəzarətindən gizlədilən Belarusiya respublikasının aksiz markası ilə markalanan 9200 ədəd siqaret aşkar edilib.

Ölkəmizə 9200 ədəd qanunsuz gətirilən siqaret - Aşkar edildi
Geri dön