Ana Sayfa > Aia TV > Hərbi Dəniz Qüvvələri döyüş hazırlığına başladı - FOTOLAR

Hərbi Dəniz Qüvvələri döyüş hazırlığına başladı - FOTOLAR


28-04-2016, 16:27. Yazar: admin



Aprelin 25-dən 27-dək Hərbi Dəniz Qüvvələrində Ölkənin ərazi bütövlüyünə, dəniz enerji infrastrukturlarına, sərbəst gəmiçiliyə istiqamətlənmiş təhdid və təcavüzlərin qarşısının alınması üçün döyüş fəaliyyətlərinin planlaşdırılması, aparılması və qüvvələrin idarə edilməsi mövzusunda komanda-qərargah təlimi keçirilib. Müdafiə Nazirliyindən Xəbəroxu-ya verilən məlumata görə, təlimdə Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərinin planlaşdırılması, müxtəlif səviyyələrdə qərargahlar arasında əlaqələndirmənin təmin edilməsi, qarşılıqlı əlaqələrin qurulması, terrorçu-diversiya qruplarına qarşı birgə mübarizənin aparılması və Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin sərəncamında olan Döyüş Gəmiləri Dəstəsinin gəmi zərbə qruplarının fəaliyyəti işlənilib.



Geri dön