Ana Sayfa > Qərbi Azərbaycan > Bu xəstəliyi olanlar hamama getməsinlər

Bu xəstəliyi olanlar hamama getməsinlər


15-08-2021, 16:10. Yazar: admen
Bu xəstəliyi olanlar hamama getməsinlər



Hamama getmək kəskin qlaukoma (Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik) halına səbəb olar. Söhbət bir çox insanların sevə-sevə üz tutduğu özəl hamamlardan (rus, fin və ya türk) gedir.

AİA.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu rusiyalı oftalmoloq Dmitri Dementyev, "Russia-1" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, qlaukoma "demək olar ki, dərhal" görmə qabiliyyətinin itməsinə səbəb olan qorxunc bir şeydir.

"Qlaukoma və ya göz içi parametrlərinin anatomik daralması olan insanların hamama getməməsi daha doğru olar", - deyə mütəxəssis xəbərdar edib.

Eyni zamanda, həkim və teleaparıcı Aleksandr Myasnikov da sərxoş vəziyyətdə hamama getməyin ölümlə nəticələnə biləcəyini demişdi.

AİA.Az
Geri dön