Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


13-08-2021, 16:47. Yazar: sevinc1
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Avqustun 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 63 547 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 587, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 960 nəfərdir.

Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 5 671 138, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 332 017, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 339 121 təşkil edir.

aia.az
Geri dön