Ana Sayfa > İqtisadiyyat > Azərbaycan iyulda gündəlik 606 min barrel xam neft hasil edib

Azərbaycan iyulda gündəlik 606 min barrel xam neft hasil edib


13-08-2021, 13:07. Yazar: sevinc1
Azərbaycan iyulda gündəlik 606 min barrel xam neft hasil edib


2021-ci ilin iyul ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 717 min barrel olub. Bunun 606 min barrelini xam neft, 111 min barrelini isə kondensat təşkil edib.

“OPEC plus” ölkələri nazirlərinin bu ilin aprel ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin iyulda 98 min barrel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyun ayına nisbətən 10 min barrel artırılmaqla 620 min barrel həcminə çatdırılması nəzərdə tutulurdu.

Qeyd edək ki, avqustun 1-dən etibarən isə “OPEC plus” ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni “Əməkdaşlıq Bəyannaməsi” qüvvədədir. Yeni razılaşmaya görə avqustdan başlayaraq “OPEC plus” ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barrel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barrel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.

aia.az
Geri dön