Ana Sayfa > Təhsil > Müəllimlərin bu fənnlər üzrə vakansiya seçimi yekunlaşır

Müəllimlərin bu fənnlər üzrə vakansiya seçimi yekunlaşır


13-08-2021, 09:46. Yazar: sevinc1
Müəllimlərin bu fənnlər üzrə vakansiya seçimi yekunlaşır

Avqustun 13-də biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır.

Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər bu gün saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

aia.az
Geri dön