Ana Sayfa > Gündəm > “İcra məmurları”nın səlahiyyətləri artırılır
“İcra məmurları”nın səlahiyyətləri artırılır28-04-2016, 16:06. Yazar: admin |
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "İcra məmurları haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirəyə təqdim edilən layihədə mövcud qanunun 11-ci maddəsinin beşinci hissəsinə ikinci cümlənin əlavə edilməsi təklif olunur. Təklif olunur: "Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir". Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. Aia.az Geri dön |