Ana Sayfa > Ölkə > Tovuzda dağlıq ərazidəki yanğın söndürülüb

Tovuzda dağlıq ərazidəki yanğın söndürülüb


12-08-2021, 17:59. Yazar: sevinc1
Tovuzda dağlıq ərazidəki yanğın söndürülüb

Tovuz rayonu, Yanıqlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən aia.az-a verilən məlumata görə, yanğın zamanı 4 ha sahədə qaratikan kolları və quru ot yanıb.

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

aia.az
Geri dön