Ana Sayfa > Cəmiyyət > Bakıda ata öz oğlunun sevgilisini öldürdü

Bakıda ata öz oğlunun sevgilisini öldürdü


28-04-2016, 15:35. Yazar: admin

Raskov saxlanılıb.

Bakıda qətl törədilib.

Aia.az xəbər verir ki, Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Yuri Raskov oğlu ilə qeyri-rəsmi nikahda olduğu 1982-ci il təvəllüdlü İnna Berezuyevanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.

Hadisəni törədən Y.Raskov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Aia.az
Geri dön