Ana Sayfa > Ölkə > İki yaşlı uşaq eyvandan yıxıldı

İki yaşlı uşaq eyvandan yıxıldı


12-08-2021, 10:57. Yazar: sevinc1
İki yaşlı uşaq eyvandan yıxıldı

Lənkəran rayonunda azyaşlı eyvandan yıxılaraq xəsarət alıb.

APA-nın məlumatına görə, rayonun Gəgiran kəndində 2019-cu il təvəllüdlü Gündüz Rasim oğlu Hadıyev eyvandan həyətə yıxılıb.

Kəllə-beyin travması alan uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyətinin orta ağır olduğu bildirilir.

aia.az
Geri dön