Ana Sayfa > Karusel / Ölkə > Bakıda yanğın:
Bakıda yanğın:11-08-2021, 16:36. Yazar: sevinc1 |
![]() Xətai rayonu, Vunq-Tau küçəsində bu gün baş verən yanğın zamanı 45 şam ağacının yanaraq məhv olduğu məlum olub. Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib: “Hazırda yaşıllığa dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən araşdırmalar aparılır”. Xidmət rəsmisi qeyd edib ki, araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək. 13:05 Bakıda ağaclıq ərazidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə məlumat daxil olub. Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsində ağaclıq ərazidə başlayan yanğınla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. aia.az Geri dön |