Ana Sayfa > Gündəm > Şəhid övladları Vətənə əmanətdir

Şəhid övladları Vətənə əmanətdir


11-08-2021, 10:29. Yazar: sevinc1
Şəhid övladları Vətənə əmanətdir

44 günlük Vətən müharibəsində bizə qələbə yaşadan şəhidlərimizdən biridə Sabirabad rayon Nizami kənd sakini olan Pənahov Bəhram Xıdır oğludur. O evli idi və 3 övladı olmasına baxmayaraq öz təkidi ilə cəbhəyə yollanıb. Müharibənin bitməsinə 9 saat qalmış Xocavənd uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Şəhid Bəhramın bizlərə yadigar qalan 3 övladı var, onları qayğılandıran bütün məsələlərdə dövlətimiz hər zaman onların yanında olub və bundan sonrada bu missiya davam edəcəkdir.

Bu gün şəhid Bəhramın övladlarından birinin doğum günüdür YAP Sabirabad rayon təşkilatı rəhbərliyi şəhidmizin ailəsini ziyarət edərək Vətənə əmanət olan övladları azda olsa sevindirdi. Onlara müxtəlif hədiyyələr verildi. Həmçinin şəhid ailəsidə bu diqqətdən dolayı Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və YAP Rəhbərliyinə təşəkkür edib minnətdarlıqlarını bildirdilər.

aia.az
Geri dön