Ana Sayfa > Ölkə > Sürücülərin NƏZƏRİNƏ:
Sürücülərin NƏZƏRİNƏ:11-08-2021, 09:29. Yazar: sevinc1 |
![]() Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir. Bu barədə aia.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Sıxlıq olan ərazilərin siyahısını təqdim edirik: Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsi istiqamətindən başlayaraq, “Avtovağzal” metrostansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi adlanan istiqamətdə) sıxlıqdır. Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, Daxili İşlər Nazirliyinin Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə nisbətən sıxlıq müşahidə olunur. Səbəbi isə yol-nəqliyyat vasitələrinin çoxluğudur. Binəqədi şosesi – (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur). Tbilisi prospekti - əsas yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıqdır. Heydər Əliyev prospekti – əsas yol - (Koroğlu metro stansiyasını keçdikdən sonra, Bağırov körpüsü istiqaməti, eyni zamanda şəhər mərkəzi istiqamətində) sıxlıqdır. aia.az Geri dön |