Ana Sayfa > Seçilənlər-4 / Aia TV / Karusel > "Gürcüstan haqqında düşünməyə zamanım yoxdur"

"Gürcüstan haqqında düşünməyə zamanım yoxdur"


16-07-2015, 11:39. Yazar: admin
"Gürcüstan haqqında düşünməyə zamanım yoxdur"
Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili çoxsaylı ittihamlar üzrə məhkəmə qarşısına çıxmaq üçün Gürcüstana getməyə hazırlaşmadığını bəyan edib.
Aia.az-ın Oxu.Az-dan aldığı xəbərə görə, bu barədə Saakaşvili BBC-yə verdiyi müsahibəsində bildirib.
Saakaşvilinin fikrincə, Gürcüstanda ona qarşı irəli sürülmüş ittihamların heç biri heç kim tərəfindən ciddi qəbul edilmir.

“Mən bunu etməyə hazırlaşmıram və ən əvvəl ona görə ki, ATƏT-in məlumatına əsasən Gürcüstanda istintaq altında olanların hüquqları pozulur. Orada həbsxanalarda mənim administrasiyamın üzvləri oturub, hər biri də il yarımdır ki, ordadır, halbuki, qanuna müvafiq olaraq istintaq altında olanların həbs cəzası 9 aydan yuxarı olmamalıdır”, - Saakaşvili bəyan edib.

Arqument qismində isə Saakaşvili onun hakimiyyəti dövründə Gürcüstanın biznes aparmaq üçün rahat ölkələr siyahısında 137-ci yerdən onun yardımı ilə 8-ci yerə qədər çıxarılmasını göstərir.

Siyasətçi həmçinin əlavə edib ki, onun Ukraynada o qədər işi var ki, Gürcüstan haqqında düşünməyə zamanı yoxdur.
Geri dön