Ana Sayfa > Təhsil > Müəllimlərin işə qəbulu müsabiqəsində 4 fənn üzrə vakansiya seçimi başlayır

Müəllimlərin işə qəbulu müsabiqəsində 4 fənn üzrə vakansiya seçimi başlayır


9-08-2021, 17:51. Yazar: sevinc1
Müəllimlərin işə qəbulu müsabiqəsində 4 fənn üzrə vakansiya seçimi başlayır


10 avqust saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

aia.az
Geri dön