Ana Sayfa > Səhiyyə > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


9-08-2021, 17:12. Yazar: sevinc1
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Avqustun 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 511 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 271 ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 240 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 418 754, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 160 755, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 257 999 nəfər təşkil edir.

aia.az
Geri dön