Ana Sayfa > Ölkə > Sürücülərin NƏZƏRİNƏ:
Sürücülərin NƏZƏRİNƏ:9-08-2021, 09:47. Yazar: sevinc1 |
![]() Səhər saatlarında paytaxtın bir sıra küçə və prospektlərindən sıxlıq müşahidə olunur. Bakı Nəqliyyat Agentliyindən aia.az-a verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır: Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosesi boyunca, 20 Yanvar dairəsi adlanan istiqamətində çox güclü sıxlıq müşahidə olunur). Qara Qarayev prospekti – Əsas yol və köməkçi yol (Neftçilər metro stansiyasından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində) sıxlıqdır. Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol) sıxlıqdır. Tbilisi prospekti – Əsas yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində) sıxlıqdır. Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıqdır. Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq - əsas yolda, 20 Yanvar dairəsi istiqaməti üzrə sıxlıq müşahidə olunur). aia.az Geri dön |