Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Bu gündən vətəndaşlara "Əks göstəriş sertifikatı" veriləcək
Bu gündən vətəndaşlara "Əks göstəriş sertifikatı" veriləcək9-08-2021, 09:24. Yazar: sevinc1 |
Bu gündən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikatı"nın verilməsinə başlanılır. aia.az xəbər verir ki, "Əks göstəriş sertifikatı"nı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. "Əks göstəriş sertifikatı" vətəndaşlara komissiyanın rəyi əsasında veriləcək. Qeyd edək ki, Azərbaycanda yanvar ayının 18-dən vətəndaşların koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb. aia.az Geri dön |