Ana Sayfa > Gündəm > Ümrə ziyarəti üçün müraciətlərin qəbulu başlayır
Ümrə ziyarəti üçün müraciətlərin qəbulu başlayır9-08-2021, 09:10. Yazar: sevinc1 |
Səudiyyə Ərəbistanı Məscidül-Həramın əcnəbi ümrəçiləri qarşılamağa hazır olduğunu bildirib. aia.az xarici mətbuata istinadən xəbər verir ki , bunu həcc və ümrə nazirinin müavini Əbdülfəttah bin Süleyman bəyan edib. Ümrə üçün müraciətlərin “Eatmarna” tətbiqi vasitəsilə ediləcəyini xatırladan nazir müavini pandemiya səbəbindən bu il gündə 60 min, ayda isə 2 milyon ziyarətçinin qəbul ediləcəyini açıqlayıb. Süleyman, həmçinin ziyarət üçün vaksin pasportunun olması şərtini də qeyd edib. aia.az Geri dön |