Ana Sayfa > Seçilənlər-6 > İŞİD "mediativ" edamı gerçəkləşdirdi - FOTO

İŞİD "mediativ" edamı gerçəkləşdirdi - FOTO


28-04-2016, 13:27. Yazar: admin


"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı dünən Suriyanın Rəqqa şəhərində iki nəfəri çarmıxa çəkərək edam edib.

Terror təşkilatının faktiki paytaxtı olan bu şəhərin mərkəzi meydanında dirəklərində çarmıxa çəkilmiş şəxslər casusluqda suçlanırdılar. Onlar başlarına tapançadan atəş açılaraq qətlə yetiriliblər.
Aia.az Al Jazeera-ya istinadən bildirir ki, terrorçular "mediativ edam" kimi səciyyələndirdikləri bu vəhşiliyin videosunu paylaşıblar.

Video "Vilayət ər Rəqqada casus yığımı" adlanır.

Gözləri bağlı, əyinlərində narıncı kombinezonlar olan iki şəxsin "cinayət"lərini "qazı" oxuyandan sonra kamuflyajda olan 4 terrorçu həmin şəxsləri dəmir borulardan hazırlanmış çarmıxlara bağlayıb.
Daha sonra onların boyunlarından "cinayətlərinin sadalandığı" kartonlar asılıb.
Sonda cəllad yaxınlaşaraq tapançadan atəş açıb və iki zavallını qətlə yetirib.






Aia.az
Geri dön