Ana Sayfa > Gündəm > Baş Prokurorluq ANAMA-nın əməkdaşının minaya düşməsi ilə bağlı məlumat yayıb
Baş Prokurorluq ANAMA-nın əməkdaşının minaya düşməsi ilə bağlı məlumat yayıb6-08-2021, 10:07. Yazar: sevinc1 |
![]() Avqustun 6-da saat 09 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Ağdam rayonunun Baş Qərvənd kəndinə ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı 1990-cı il təvəllüdlü Əliyev Fərid Əlimusa oğlu piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Baş Prokurorluqdan aia.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. aia.az Geri dön |