Ana Sayfa > Manşet / Siyasət > Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib

Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib


5-08-2021, 18:24. Yazar: sevinc1
Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib


Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən aia.az-a məlumat verilib.

Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.

aia.az
Geri dön