Ana Sayfa > Ölkə > Daşkəsəndə mal-qara oğruları saxlanılıb -
Daşkəsəndə mal-qara oğruları saxlanılıb -5-08-2021, 17:40. Yazar: sevinc1 |
![]() Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində cari ilin iyul-avqist ayları ərzində ayrı-ayrılıqda 3 vətəndaşa məxsus ümumi dəyəri 3000 manat olan 4 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Həsən Orucov, Daşkəsən rayon sakini Orxan Paşayev və əvvəllər məhkum olunmuş Samux rayon sakini İlkin Qurbanov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan aia.az-a verilən məlumata görə, ilkin dindirilmə zamanı saxlanılan şəxslər törətdiklər cinayət hadisəsini etiraf edərək vətəndaşa məxsus heyvanları satmaq məqsədi ilə oğurladıqlarını bildiriblər. Faktlarla bağlı araşdırmalar davam etdirilir. aia.az Geri dön |