Ana Sayfa > Siyasət > Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana səfər edib
Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana səfər edib5-08-2021, 11:42. Yazar: sevinc1 |
![]() Parlamentin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti İranın yeni seçilən prezidentinin inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər edib. Trend-in məlumatına görə, nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Şahin Mustafayev və diplomatlar daxildir. Azərbaycan heyətini Tehranda İran parlamentinin rəsmiləri qarşılayıblar. İranın yeni prezidenti İbrahim Rəisinin inauqurasiya mərasimi 17:00-da İran parlamentində başlayacaq. Mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10 ölkə prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri qatılacaq. aia.az Geri dön |