Ana Sayfa > Karusel / Gündəm > MN açıqlama:

MN açıqlama:


4-08-2021, 15:28. Yazar: sevinc1
MN açıqlama:

Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır.

Bu barədə Müdafiə Nazirliyindən (MN) aia.az-ın sorğusuna verilən cavabda deyilir.

Nazirlik bildirir ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb: "Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".

aia.az
Geri dön