Ana Sayfa > Karusel / Ölkə > Bu yollarda tıxac var -
Bu yollarda tıxac var -4-08-2021, 09:10. Yazar: sevinc1 |
![]() Bakının əsas küçə və prospektlərində sıxlıq müşahidə edilir. Bu barədə aia.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Belə ki, Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində güclü sıxlıq müşahidə olunur. Eləcə də Yavər Əliyev küçəsi – (aeroport şosesinə çıxan yol), Binəqədi şosesi – (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Ziya Bünyadov prospekti – əsas yol - (əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, 20 Yanvar dairəsi istiqamətində) nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. aia.az Geri dön |