Ana Sayfa > Karusel > Ermənistanda orduya əsgər belə yığılır. FOTO

Ermənistanda orduya əsgər belə yığılır. FOTO


28-04-2016, 12:40. Yazar: admin



Ermənistan ordusuna ali məktəbdə təhsil alan tələbələr də çağırılacaq.

Aia.az-in məlumatına görə, bu barədə qanun layihəsi növbəti ay ərzində Ermənistanın hökuməti tərəfindən parlamentin müzakirəsinə təklif olunacaq. Yeni qanun layihəsində təhsil alan gənclərin möhlətə hüququnun ləğv edilməsi nəzərdə tutulur.

Hökumət aparatının rəhbəri David Artünyan bildirib ki, qanun əsasən 18 yaşına çatmış şəxslərə şamil olunacaq. Qanun layihəsinin bir ay ərzində parlamentə təqdim ediləcəyi gözlənilir.

D.Artünyanın sözlərinə görə, mümkün qədər elmi sahələrdə çalışan mütəxəssislərin də potensialı hərbi sənayedə istifadə olunacaq.

Aia.az
Geri dön