Ana Sayfa > Karusel / İqtisadiyyat > İqtisadiyyat naziri: “AzerGold” 16 minədək işçi cəlb edəcək
İqtisadiyyat naziri: “AzerGold” 16 minədək işçi cəlb edəcək2-08-2021, 16:19. Yazar: sevinc1 |
Prezident İlham Əliyevin Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrə olunmuş Regional Emal Sahəsinə və “Mərəh” qızıl mədəninə diqqəti qeyri-neft sektorunun əsas sahələrindən olan dağ-mədən sənayesinə verilən böyük önəmin göstəricisidir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, bu sahənin inkişafında xüsusi rolu olan “AzerGold” tərəfindən 2035-ci ilədək əlvan və qara metal yataqlarının səmərəli istismarı ilə ölkənin məcmu ÜDM-nə 21,9 milyard manat həcmində töhfənin verilməsi, 16 minədək işçinin cəlb edilməsi proqnozlaşdırılır. AİA.Az Geri dön |