Ana Sayfa > Ölkə > Azərbaycanda 668 nəfər COVID-19-a yoluxub, 178 nəfər sağalıb
Azərbaycanda 668 nəfər COVID-19-a yoluxub, 178 nəfər sağalıb30-07-2021, 16:40. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 668 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 343 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 752 nəfər müalicə olunaraq sağalıb, 5 022 nəfər vəfat edib, aktiv xəstə sayı 5 442 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 881, ötən müddət ərzində isə ümumilikdə 4 023 954 test aparılıb. aia.az Geri dön |