Ana Sayfa > Gündəm > Ermənilər atəşkəsi pozdular: Ağdamda ölən və yaralananlar var

Ermənilər atəşkəsi pozdular: Ağdamda ölən və yaralananlar var


28-04-2016, 08:50. Yazar: admin
Ermənilər atəşkəsi pozdular: Ağdamda ölən və yaralananlar var





Ermənistan silahlı birləşmələrinin Ağdam rayonunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində rayon əhalisi arasında ölən və yaralananlar var.

«ANS Press»in verdiyi məlumata görə, yaralı vəziyyətdə olan Ağdam rayonunun Çəmənli kənd sakini Famil Mustafayev dünyasını dəyişib. F.Mustafayev bu gecə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanmışdı.

Son məlumatlara görə, Çəmənli kənd sakinlərindən daha biri Zahid Rəhimov atəşkəsin pozulması nəticəsində yaralanıb. O Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Ermənistan silahlı qüvvələrinin bu gecə atəşkəsi pozması nəticəsində yaralı dinc sakinlərin sayı 4 nəfərə çatıb.

Azərbaycan Ordusunun cavab zərbələri qarşı tərəfi susmağa məcbur edib. Hazırda cəbhə xəttində nisbi sakitlik hökm sürür.

* * *00:42

Ermənistan silahlı bölmələri saat 23.30-dan başlayaraq təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-a deyib ki, düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.

“Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir”, - deyə Dərgahlı bildirir.

aia.az
Geri dön