Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda 615 nəfər COVID-19-a yoluxub, 181 nəfər sağalıb
Azərbaycanda 615 nəfər COVID-19-a yoluxub, 181 nəfər sağalıb29-07-2021, 17:15. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574 nəfər müalicə olunaraq sağalıb, 5 019 nəfər vəfat edib, aktiv xəstə sayı 4 955 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 423, ötən müddət ərzində isə ümumilikdə 4 014 073 test aparılıb. aia.az Geri dön |