Ana Sayfa > Gündəm > “Aztelekom”un vəzifəli şəxsləri işdən çıxarılıb

“Aztelekom”un vəzifəli şəxsləri işdən çıxarılıb


27-04-2016, 22:43. Yazar: admin
“Aztelekom”un vəzifəli şəxsləri işdən çıxarılıb





"Aztelekom” MMC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.

aia.az məlumatına görə, MMC-nin maliyyə şöbəsinin müdiri Faiq Cəfərov, baş direktorun müşaviri Kərim Rəhimov və "Aztelekom” MMC-nin baş mühasib vəzifəsini müvəqqəti icra edən Aslan Məcidov tutduqları vəzifədən azad olunublar.

"Aztelekom” MMC-dən faktı təsdiqləyiblər.

Qeyd edək ki, "Aztelekom” MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir.

aia.az
Geri dön