Ana Sayfa > Siyasət > Akif Vəliyev: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir”
Akif Vəliyev: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir”29-07-2021, 10:00. Yazar: sevinc1 |
![]() “Təəssüflər olsun ki, Azərbaycanla Avropa İttifaqı arasında gedən bütün proqressiv proseslərin fonunda beynəlxalq riyakarlıq öz təzahürlərini aşkar şəkildə nümayiş etdirməkdə yenə də davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, mina xəritələrinin Azərbaycana verilməməsi növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır və normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür.” Bu sözləri verdiyi açıqlamasında Qazax RİH başçısının Qazax şəhər inzibati dairəsi üzrə nümayəndəsi, YAP Qazax rayon təşkilatının İdarə Heyətinin üzvü Akif Vəliyev deyib. Hakim partiya təmsilçisi bildirib ki, Ermənistan tərəfindən mina xəritələrinin Azərbaycana verilməməsi bu rejimin insanlıq əleyhinə törətdiyi çoxsaylı cinayətlərin davamıdır. Akif Vəliyevin sözlərinə görə, bu mənəviyyatsızlığın qarşılığında Avropa İttifaqının Ermənistana yenə də yardım göstərməsi beynəlxalq riyakarlığın və ikili standartlar siyasətinin növbəti təzahürüdür: “Ermənistan tərəfindən mina xəritələrinin Azərbaycana verilməməsi bu rejimin insanlıq əleyhinə törətdiyi çoxsaylı cinayətlərin davamı kimi qiymətləndirilməlidir. Erməni faşizminin bu vandal siyasəti ucbatından müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Belə bir vəziyyətdə isə Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard avro vəsait ayrılır. Bununla da Avropa İttifaqı Ermənistan rejimini yeni qanunsuzluqlara və cinayətlərə şirnikləşdirmiş olur. Halbuki, məhz mina xəritələrinin Azərbaycana verilməsinə görə beynəlxalq aləmdən, o cümlədən Avropa İttifaqından Ermənistana ciddi təzyiqlər olunmalıdır. Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün bu problemləri həll edəcək. Ermənistan hökuməti isə bilməlidir ki, təxribatlara son qoymayacağı halda öz xalqını daha böyük problemlərlə üz-üzə qoyacaq”. Daha sonra müsahibimiz Azərbaycanın qlobal pandemiya ilə bağlı bir müddət əvvələ qədər müşahidə olunan tənəzzüldən çıxmasının və ölkə iqtisadiyyatında yenidən artımın qeydə alınmasının ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq bunları deyib: “Məlumdur ki, bir çox dünya dövlətlərində, o cümlədən inkişaf etmiş ölklərdə pandemiya ilə əlaqədar meydana çıxmış iqtisadi tənəzzül hələ də davam edir. Lakin Azərbaycan bu məsələdə də bir çox ölkələrə örnək olacaq nailiyyətlərə imza atdı. Ölkə Prezidenti cənab İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də qeyd etdi ki, altı ayın yekunlarına görə Azərbaycan artıq iqtisadi tənəzzüldən çıxıb. Ötən yarım ilin hər ayında tənəzzül göstəriciləri azalırdı və may ayının yekunlarına görə Azərbaycan hətta müəyyən iqtisadi inkişafa da nail ola bildi. Birinci yarım ilin ümumi yekunlarına əsasən ölkə iqtisadiyyatı hətta 2 faiz artıb. Bu, əlbəttə ki, çox yaxşı göstəricidir. Xüsusilə də dünyada gedən proseslərin fonunda Azərbaycanın bu uğuru çox yüksək nəticə kimi qiymətləndirilməlidir. Birmənalı olaraq demək lazımdır ki, bu uğurumuzun da əsasında Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət durur”. Sonda Akif Vəliyev Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin qarşılıqlı əməkdaşlıq formatında inkişafından bəhs edərək bunları deyib: “Bu gün bütün dünyada olduğu kimi, Avropa İttifaqı da Azərbaycanı regionun yeganə lider dövləti kimi qəbul edir. Ümumiyyətlə hazırda bizim Avropa İttifaqı ölkələri ilə ticari əlaqələrimiz çox genişdir. Demək olar ki, ticarətimizin 40 faizi məhz Avropa İttifaqı ilə aparılır. Azərbaycanla Avropa İttifaqına üzv olan 9 ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib və imzalanıb. Bu, Avropa İttifaqının üçdəbir hissəsini təşkil edir. Həmin ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra beynəlxalq və regional səviyyədə dövlətlərarası münasibətlər qurmağı və bu münasibətləri ölkəmizin milli maraqları çərçivəsində inkişaf etdirməyi xarici siyasət kursunun əsas prioriteti kimi müəyyən edib. Xüsusilə son bir neçə ildə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət kursu bu istiqamətdə Azərbaycana möhtəşəm tarixi nailiyyətlər qazandırıb. Eyni zamanda da ölkəmizin geosiyasi mövqeyi və iqtisadi potensialı bu nailiyyətləri daha da genişləndirməyə imkan verib. Azərbaycan bütün bütün beynəlxalq münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında qurur. Məhz bu baxımdan da ölkəmizin Avropa İttifaqı ilə münasibətlərini yüksək qiymətləndirmək olar. O cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana bir neçə gün bundan əvvəl baş tutmuş səfəri, əməkdaşlığımızın daha da inkişafı üçün səsləndirdiyi fikirlər tərəfdaşlığımızın əhəmiyyətindən xəbər verir. Həmçinin belə bir vacib məqamı da unutmaq olmaz ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir.” AİA.Az Geri dön |