Ana Sayfa > Karusel > Prezident bu hakimlərlə bağlı - Sərəncam verdi

Prezident bu hakimlərlə bağlı - Sərəncam verdi


27-04-2016, 22:16. Yazar: admin
Prezident bu hakimlərlə bağlı - Sərəncam verdi





Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında prezident İlham Əliyev sərəncam imzalayıb.

aia.az xəbər verir ki, sərəncamda qeyd olunur:

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

Etibar Zülfüqar oğlu Hümbətov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şamaxı Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Zamiq Akif oğlu Rəsulov Cəbrayıl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Ələkbər Məmmədtağı oğlu Hüseynov Qusar Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi təyin edilsin.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq aşağıdakı hakimlərin vəzifələri dəyişdirilsin:

Rafiq Vəli oğlu Kazımov Balakən Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qusar Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Təranə Talış qızı Hüseynova Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Cəbrayıl Rayon Məhkəməsinin hakimi təyin edilsin.

aia.az
Geri dön