Ana Sayfa > Parlament > Naftalanda yeddi kilometr uzunluğunda ilk veloyol istifadəyə verilib
Naftalanda yeddi kilometr uzunluğunda ilk veloyol istifadəyə verilib27-07-2021, 12:36. Yazar: sevinc1 |
Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən olan və unikal tərkibli müalicəvi neftinə görə məşhur olan Naftalanda şəhər infrastrukturunun inkişafı üçün yeni-yeni layihələrin icrası davam etdirilir. Şəhər sakinlərinin, yerli və xarici turistlərin rahatlığının təmin olunması, eləcə də velosiped həvəskarlarının daha rahat hərəkəti üçün şəhərdə 7 kilometrə yaxın velosiped zolağı çəkilib. Hazırda şəhərdə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən turistlər üçün yeni istiqamətverici turizm məlumat və ərazi göstərici nişanları quraşdırılır. AİA.Az Geri dön |