Ana Sayfa > Siyasət > Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir


26-07-2021, 18:17. Yazar: sevinc1
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir



Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra beynəlxalq və regional səviyyədə dövlətlərarası münasibətlər qurmağı və bu münasibətləri ölkəmizin milli maraqları çərçivəsində inkişaf etdirməyi xarici siyasət kursunun əsas prioriteti kimi müəyyən edib. Xüsusilə son bir neçə ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət kursu bu istiqamətdə Azərbaycana möhtəşəm tarixi nailiyyətlər qazandırıb. Eyni zamanda da ölkəmizin geosiyasi mövqeyi və iqtisadi potensialı bu nailiyyətləri daha da genişləndirməyə imkan verib.

Azərbaycan bütün bütün beynəlxalq münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında qurur. Məhz bu baxımdan da ölkəmizin Avropa İttifaqı ilə münasibətlərini yüksək qiymətləndirmək olar. Qeyd edək ki, artıq bütün dünya Azərbaycanı qalib ölkə və Cənubi Qafqazda yaranmış yeni reallıqların müəllifi olaraq tanıyır. Bu gün Avropa İttifaqı da Azərbaycanı regionun yeganə lider dövləti kimi qəbul edir. Ümumiyyətlə, hazırda bizim Avropa İttifaqı ölkələri ilə ticari əlaqələrimiz çox genişdir. Demək olar ki, ticarətimizin 40 faizi məhz Avropa İttifaqı ilə aparılır. 2020-ci ildə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları təşkil edib. İxracın həcmi isə 6,8 milyard ABŞ dollarıdır. Bu rəqəmlər ölkəmizin iqtisadi qüdrətinin nümayişi ilə bərabər həm də Azərbaycanın Avropa İttifaqı üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.

Bu baxımdan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri, əməkdaşlığımızın daha da inkişafı üçün səsləndirdiyi fikirlər tərəfdaşlığımızın əhəmiyyətindən xəbər verir. Həmçinin belə bir vacib məqamı da unutmaq olmaz ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rola malikdir. Bilavasitə ölkəmizin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsi bütün region üçün vacibdir və Avropanın enerji təhlükəsizliyində etibarlı alternativ layihədir. Bütün bunlar sözsüz ki, Azərbaycanın Avrasiya məkanında nüfuzunu və imkanlarını artıran amillərdir.

Təəssüflər olsun ki, bütün proqressiv proseslərin fonunda beynəlxalq riyakarlıq öz təzahürlərini aşkar şəkildə nümayiş etdirməkdə yenə də davam edir. İşağldan azad edilən ərazilərin mina xəritələrinin Azərbaycana verməyən Ermənistana Avropa İttifaqı tərəfindən 2,6 milyard avro vəsait ayrılır. Bununla da Avropa İttifaqı Ermənistan rejimini yeni qanunsuzluqlara və cinayətlərə şirnikləşdirmiş olur. Halbuki, məhz mina xəritələrinin Azərbaycana verilməsinə görə beynəlxalq aləmdən, o cümlədən Avropa İttifaqından Ermənistana ciddi təzyiqlər olunmalıdır. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. Ermənistan rəhbərliyinin bu vandal siyasəti ucbatından müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Əlbəttə ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün bu problemləri həll edəcək. Ermənistan isə öz təxribatlarına son qoymayacağı halda daha böyük problemlərlə üz-üzə qalacaq.

Məlumdur ki, bir çox dünya dövlətlərində, o cümlədən inkişaf etmiş ölklərdə pandemiya ilə əlaqədar meydana çıxmış iqtisadi tənəzzül hələ də davam edir. Lakin Azərbaycan bu məsələdə də bir çox ölkələrə örnək olacaq nailiyyətlər əldə edib. Ölkə Prezidenti cənab İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də qeyd etdiyi kimi, altı ayın yekunlarına görə, ölkə iqtisadiyyatı hətta 2 faiz artıb. Bu, əlbəttə ki, çox yaxşı göstəricidir. Xüsusilə də dünyada gedən proseslərin fonunda Azərbaycanın bu uğuru çox yüksək nəticə kimi qiymətləndirilməlidir.

Atəş Avazov,
YAP Göygöl rayon təşkilatının Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi ilk partiya təşkilatınnin sədri
aia.az



Geri dön