Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda 272 nəfər COVID-19-dan sağalıb, 80 nəfər yoluxub

Azərbaycanda 272 nəfər COVID-19-dan sağalıb, 80 nəfər yoluxub


26-07-2021, 16:49. Yazar: sevinc1
Azərbaycanda 272 nəfər COVID-19-dan sağalıb, 80 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb, 80 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 340 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 136 nəfər müalicə olunaraq sağalıb, 5 009 nəfər vəfat edib, aktiv xəstə sayı 3 570 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 616, ötən müddət ərzində isə ümumilikdə 3 980 697 test aparılıb.

aia.az
Geri dön