Ana Sayfa > Səhiyyə > COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


23-07-2021, 18:49. Yazar: sevinc1
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 734 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 720, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 014 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 461 701, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 616 230, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 845 471 təşkil edir.


aia.az
Geri dön