Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi23-07-2021, 18:48. Yazar: sevinc1 |
![]() Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, bu gün koronavirusdan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 339 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 782 nəfər müalicə olunaraq sağalıb, 5 002 nəfər vəfat edib. 2 861 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 448, bu günə qədər isə ümumilikdə 3 954 016 test icra olunub. aia.az Geri dön |