Ana Sayfa > Karusel / Media > Salyanda "patı" əməliyyatı -

Salyanda "patı" əməliyyatı -


23-07-2021, 17:49. Yazar: sevinc1
Salyanda "patı" əməliyyatı -

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, 45 yaşlı Elşən Qasımov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

aia.az
Geri dön