Ana Sayfa > Manşet / Gündəm > Kərim Vəliyev müdafiə nazirinin birinci müavini -
Kərim Vəliyev müdafiə nazirinin birinci müavini -23-07-2021, 16:38. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyev K.T.Vəliyevin Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb. aia.az xəbər verir ki, sərəncama əsasən, General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir. aia.az Geri dön |