Ana Sayfa > İqtisadiyyat > Azərbaycanın icmal büdcəsində 2.5 milyard manat artıq vəsait yaranıb

Azərbaycanın icmal büdcəsində 2.5 milyard manat artıq vəsait yaranıb


22-07-2021, 17:25. Yazar: sevinc1
Azərbaycanın icmal büdcəsində 2.5 milyard manat artıq vəsait yaranıb


Cari ilin ilk altı ayında Azərbaycanın icmal büdcənin gəlirləri 15 milyard 328,9 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 958,3 mln. manat və ya 23,9 faiz çoxdur.

Maliyyə Nazirliyindən aia.az-a verilən məlumata görə, icmal büdcənin xərcləri isə 12 milyard 752,4 mln. manat məbləğində icra olunub.

2021-ci il üzrə icmal büdcə 7 milyard 335,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin ilk altı ayında faktiki olaraq 2 milyard 576,5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.

aia.az
Geri dön