Ana Sayfa > İqtisadiyyat > AİİB Azərbaycana 100 milyon dollarlıq kredit ayrılmasını təsdiqləyib

AİİB Azərbaycana 100 milyon dollarlıq kredit ayrılmasını təsdiqləyib


22-07-2021, 12:53. Yazar: sevinc1
AİİB Azərbaycana 100 milyon dollarlıq kredit ayrılmasını təsdiqləyib

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Azərbaycana 100 milyon dollaradək məbləğdə kreditin verilməsini təsdiq edib.

Trend bu barədə banka istinadən məlumat verir.

Qeyd olunur ki, bu qərar iyulun 15-də keçirilmiş iclasda verilib.

Kredit koronavirus pandemiyasının tibbi, sosial və iqtisadi fəsadlarının yumşaldılması üzrə tədbirlərin reallaşdırılmasına dəstək məqsədilə təqdim edilir.

Proqramın ümumi dəyəri 1,773 milyard dollar həcmində ölçülür ki, bunun 1,423 milyard dollarını Azərbaycan hökuməti qarşılayacaq. Qalan 250 milyon dolları Asiya İnkişaf Bankı, 100 milyon dolları isə AİİB təmin edəcək.

Kredit üzrə icraçılar Azərbaycan hökuməti və Maliyyə Nazirliyi olacaq.

aia.az
Geri dön