Ana Sayfa > Parlament / Media / Dünya > Rusiyada etirazla qarşılanan bu qərar ləğv olundu
Rusiyada etirazla qarşılanan bu qərar ləğv olundu17-07-2021, 11:01. Yazar: admen |
“İyulun 19-dan Moskvada restoran və kafelərə daxil olmağa icazə verən QR-kod sistemi ləğv olunur”. AİA.Az xəbər verir ki, bunu Moskva şəhərinin meri Sergey Sobyanin açıqlayıb. O bildirib ki, koronavirusla bağlı epidemioloji vəziyyət yaxşılaşdığından və vaksinasiya templəri artdığından belə bir qərar qəbul edilib. Qeyd edək ki, iyunun 28-dən etibarən Moskva və Moskva ətrafı rayonlarda restoran, kafe və barlara daxil olmaq istəyən şəxslər vaksin qəbul etdiyini, xəstəlik keçirdiyini və yaxud bu yaxınlarda PCR-test etdirdiyini təsdiq edən QR-kodlar təqdim etməli idi. Ölkə rəhbərliyi QR-kodların məcburi olmasını məhdudlaşdırıcı tədbirlərin başlamasına bir həftədən az müddət qaldığı zaman, yəni iyunun 22-si elan etmişdi. Bu qərar texniki cəhətdən hazırlığı çatdıra bilməyən kafe sahibləri və vaksin qəbul etməmiş sakinlər tərəfindən etirazla qarşılanmışdı. AİA.Az Geri dön |