Ana Sayfa > Karusel / Ölkə > “Paşinyanın qızı 7-dən çox maşından ibarət kortejlə gəzir...”
“Paşinyanın qızı 7-dən çox maşından ibarət kortejlə gəzir...”17-07-2021, 10:42. Yazar: admen |
![]() Ermənistanın Baş naziri Nikol Paşinyanın böyük qızı Mariam 7-dən çox avtomobildən ibarət kortejin müşaiyəti ilə gəzir. AİA.Az xəbər verir ki, bu barədə “İravunk” qəzeti bildirib. “İsti yay günlərində Mariam mənzərəli yerlərdən zövq almaq və istirahət etmək üçün tez-tez atasının doğulduğu İcevana gedir. Məlum olur ki, bir neçə gün əvvəl Mariam 7-dən çox maşından ibarət kortejin müşayiəti ilə İcevana yollanıb. Mariamın kimdən və nədən qorxduğu aydın deyil, lakin sonuncunun dəbdəbəli əyləncələri şahidlərin diqqətini cəlb edib”, - qəzet yazır. AİA.Az Geri dön |