Ana Sayfa > Karusel / Dünya > Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı -

Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı -


16-07-2021, 16:45. Yazar: sevinc1
Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı -

Rusiyanın Tomsk vilayətində radarlardan itən An-28 sərnişin təyyarəsi tapılıb.

TASS bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb:

“Moskva vaxtı ilə 14:36-da təyyarənin sərt eniş etdiyi yer müəyyən olunub”.

Sərnişinlərin təxliyəsi üçün artıq “Mi-8” helikopteri xilasedicilərlə əraziyə enib.

Təyyarənin heyəti və sərnişinlər arasında zərərçəkən yoxdur.

Xatırladaq ki, An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb.

Təyyarənin göyərtəsində dördü azyaşlı olmaqla 17 sərnişin olub.

15:06

Rusiyanın Tomsk vilayətində An-28 sərnişin təyyarəsi radarlardan itib.

Bu barədə “İnterfaks” agentliyi xəbər yayıb.

İlkin məlumatda qeyd olunur ki, An-28 ilə əlaqə kəsilib və daha sonra təyyarənin qəza mayakı işə düşüb.

Təyyarənin göyərtəsində dördü azyaşlı olmaqla 17 sərnişin olub.

aia.az
Geri dön